Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Böyük Qayıdış”  adlı  onlayn  informasiya saatı keçiriib

05.10.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon  MKS-nin  Oxuculara  xidmət şöbəsi  4 oktyabr  2021-ci il  tarixində Azərbaycanın  qədim torpaqları  Suqovuşan qəsəbəsinin və  Cəbrayıl rayonunun işğaldan azad olunmasına həsr olunmuş “Böyük Qayıdış”  adlı  onlayn  informasiya saatı keçirildi.

İlk növbədə ölkəmizin azadlığı uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Samux rayon  MKS-nin  Oxuculara xidmət şöbəsinin  müdiri  Vüsalə Əliyeva  qeyd etdi ki, Azərbaycan xalqı bu gün torpaqlarımızın işğaldan azad olmasını qeyd edir. Şanlı Qələbəni biz şəhidlərimizin qanı canı bahasına qazandıq. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Uzun illərdən sonra torpaqlarımız  azad edildi. Suqovuşan Azərbaycandır! Cəbrayıl Azərbaycandır!

 Samux rayon MKS-nin direktor vəzifəsini icra edən Telli Nəsibova öz ürək sözlərini tədbir iştirakçılarına çatdırdı, və bütün xalqımızı , Cəbrayıl və Tərtər rayonunun Suqovuşan qəsəbəsinin sakinlərini təbrik etdi.

Tədbirin növbəti hissəsində oxuculara xidmət şöbəsinin kitabxaçısı  Ləman Əliyevanın hazırladığı Suqovuşan qəsəbəsi  və Cəbrayıl rayonuna həsr olunmuş videoçarlar nümaiş olundu.

Daha sonra Samux rayon Mərkəzi kitabxanasının əməkdaşları Ləman Əliyeva,Reyhan Verdiyeva,Pərvanə Qarayeva,Tərifə Verdiyeva,Samirə Salmanova,Aytac Hümbətova işğaldan azad olunmuş qədim torpaqlarımız haqqında  geniş məlumat verdilər və bildirdilər ki, biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik. Azərbaycan xalqının ümidləri doğruldu.